Beton necə hazırlanır?
Beton təbii daşın tikintidə yaratdığı çətinlikləri aradan qaldırmaq üçün istifadə olunan süni daş materialdır. Beton səmərəli şəkildə seçilən, əsaslı qarışdırılan və sıxlaşdırılan tərkibli hər hansı bir mineral yapışdırıcı, doldurucu, su və bəzən xüsusi əlavələrdən ibarət qarışığın bərkiməsi nəticəsində yaranır. Bu qarışıq müxtəlif tərkiblərə bölünür. Beton tərkibində əsas və aktiv maddələr su və yapışdırıcıdır. Onların kimyəvi qarşılıqlı təsiri nəticəsində yapışqan xəmir konsistensiyalı yeni birləşmə yaranır. Həmin birləşmə xırda və iri doldurucunun dənələrini nazik layla bürüyür. Bir müddət keçdikdən sonra dənələri sıxlaşdıraraq bu birləşmə bərkiyir və beləliklə beton qarışığı möhkəm monolit daşa — betona çevrilir.
Betonun tərkibinin 80–85%-dək təşkil edir və sıxılmanın qarşısını alaraq betonun möhkəm skeletini yaradır. Müxtəlif xassəli dolduruculardan istifadə edərək, öz fiziki-mexaniki göstəricilərinə görə fərqlənən beton növləri (yüngül, ağır, odadavamlı və s.) almaq olar. Hər hansı digər maddə kimi, beton qarışığı istehsal olunan betonun keyfiyyət və xüsusiyyətlərini qabaqcadan müəyyən edən müxtəlif kimyəvi və fiziki-kimyəvi xassələrə malikdir.
Vibropresləmə — yarım quru (bərk) beton qarışığın sıxlaşdırılması üsuludur: press-qəlibdə beton aşağıdan titrəməyə məruz qalaraq eyni zamanda üstdən sıxlaşdırılır. Olduqca məhsuldar olan bu üsul avtomatlaşmanın yüksək dərəcəsini nəzərdə tutur, həmçinin bərk beton qarışığından istifadə etmək imkanını yaradır, və bu da beton məhsulların yüksək möhkəmlik və şaxtaya davamlılığını təmin edir.
Təhlükəsizlik tələblərinin təmin edilməsi üçün konstruksiyalar elə ilkin xarakteristikalara malik olmalıdırlar ki, bina və qurğuların tikintisi və istismarı prosesində müxtəlif hesablama təsirlərindən, insanların sağlamlığına, əmlak və həyatlarına, habelə ətraf mühitə, heyvan və bitki aləminə ziyan verə biləcək hər hansı xarakterli dağılmalar və ya istismara yararlılığın pozulması halları baş verməsin. İstismara yararlılıq tələblərinin təmin edilməsi üçün konstruksiyalar elə ilkin xarakteristikalara malik olmalıdır. Konstruksiyalar lazım olan hallarda istilik mühafizə, səs-izolyasiya, bioloji müdafiə və başqa tələbləri təmin edən xassələrə malik olmalıdır.
Çatların əmələ gəlməməsinə görə tələblər dəmir-beton konstuksiyalarının kəsiyi tam dartıldıqda sukeçirməzlik, uzunömürlülük üzrə yüksək səviyyəli tələblərə cavab verən unikal konstruksiyalara, həmçinin güclü aqressiv mühitdə istismar olunan konstruksiyalara aid edilir. Digər dəmir-beton konstruksiyalarda çatların əmələ gəlməsinə yol verilir və onlara çatların eninin məhdudlaşdırılması şərtləri şamil olunur.
Uzunömürlülüyə görə tələblərinin təmin edilməsi üçün konstruksiya elə ilkin xarakteristikalara malik olmalıdır ki, təyin olunmuş uzun müddət ərzində konstruksiyanın həndəsi xarakteristikalarına və materialların mexaniki xarakteristikalarına müxtəlif hesablama təsirləri nəzərə alınmaqla istismara yararlılıq və təhlükəsizlik tələblərini təmin etsin. Beton və dəmir-beton konstruksiyaların təhlükəsizliyi, istismara yararlılığı, uzunömürlülüyü və layihə tapşırığı ilə təyin olunan digər tələblər:
— beton və onun tərkib hissələrinə dair tələblərin;
— armatura olan tələblərin;
— konstruksiyanın hesablanmasına dair tələblərin;
— konstruktiv tələblərin;
— texnoloji tələblərin;
— istismar üzrə tələblərin yerinə yetirilməsi ilə təmin olunmalıdır.
Yük və təsirlərə, odadavamlılığın həddinə, keçirməzliyə, şaxtayadavamlılığa, həddi deformasiyanın göstəricilərinə (əyilmələrə, yerdəyişmələrə, rəqslərin amplitudlarına), havanın xarici temperatur və ətraf mühitin nisbi nəmlik göstəricilərinə, inşaat konstruksiyalarının aqressiv mühitin təsirindən mühafizəsinə aid və digər tələblər müvafiq normativ sənədlər ilə təyin olunur.
Materialların xarakteristikalarının hesablama qiymətlərinin etibarlılıq səviyyəsi hesablama vəziyyətindən və təhlükəli həddi hallara çatma ehtimalından asılı olaraq müəyyən edilir və beton və armatura görə etibarlılıq əmsalı ilə tənzimlənir.
Beton və dəmir-beton konstruksiyaların hesablanması hesablama aslılığına daxil olan əsas amillərin dəyişkənliyi haqqında kifayət qədər məlumatlar olduqda, hesablamanın tam mümkünlüyü əsasında verilmiş etibarlılıq qiymətinə görə aparıla bilər.
Beton və dəmir-beton konstruksiyaların hesablamaları DÜİST 27751 standartının tələblərinə müvafiq olaraq aşağıdakı həddi hallara görə aparılmalıdır:
— Birinci qrup həddi hal — konstruksiyaların istismarını tam yararsız vəziyyətə gətirən hal;
— İkinci qrup həddi hal — konstruksiyanın normal istismar olunmasını çətinləşdirən və ya bina və qurğuların istismar müddəti ilə nisbətdə uzunömürlüyünü azaldan hal;
Hesablamalar bina və qurğuların bütün istismar müddətində etibarlılığını təmin etməlidir, həmçinin işlərin görülməsi müddətində onlara göstərilən tələblərə müvafiq olaraq aparılmalıdır.
Birinci qrup həddi hallara daxildir:
— möhkəmliyə görə hesablama;
— formanın dayanıqlılığına görə hesablama;
— vəziyyətin dayanıqlılığına görə hesablama.
Beton və dəmir-beton konstruksiyaların möhkəmliyə görə hesablamaları ilkin gərginlikli hal nəzərə alınmaqla müxtəlif təsirlərdən konstruksiyada yaranan qüvvə, gərginlik və deformasiyaların normativ sənədlərlə müəyyən edilmiş müvafiq qiymətlərdən çox olmaması şərti ilə aparılmalıdır. Konstruksiyanın formasının dayanıqlılığına görə, həmçinin vəziyyətinin dayanıqlılığına görə hesablamaları konstruksiyanın ayrıca növlərinə dair normativ sənədlərin göstərişlərinə müvafiq olaraq aparılmalıdır.
Zəruri hallarda, konstruksiyanın növü və təyinatından asılı olaraq, bina və qurğuların istismarının dayandırılması zərurətini yaradan amillər ilə əlaqədar həddi hallara hesablamalar aparılmalıdır.
İkinci qrup həddi hallara görə hesablamalara daxildir:
— çatların əmələ gəlməsinə görə hesablama;
— çatların açılmasına görə hesablama;
— deformasiyaya görə hesablama.