Ümumi
|
16 baxış sayı
Kəlbəcər şəhərinin 2040-cı ilə qədər inkişafı üçün Baş Plan
Təsdiq edilmiş "Kəlbəcər şəhərinin 2040-cı ilə qədər inkişafı üçün Baş Plan"ın detalları açıqlanıb.
Baş Plan 1 may 2024-cü ildə Nazirlər Kabineti tərəfindən təsdiq edilib.
Plana əsasən, Kəlbəcər şəhəri yaxınlıqdakı Boyaqlı kəndini də əhatə edəcək. Küçənin başlanğıc hissəsində şəhərin sənaye və istehsal zonası nəzərdə tutulub. Orta hissədə şəhər mərkəzi yerləşəcək və Baş Plana əsasən əsas küçənin bitdiyi ərazidə turizm və sosial xidmət obyektləri tikiləcəkdir.
Yeni sənədə görə, 2040-cı ilə qədər şəhərin sahəsi iki dəfə artacaq (təxminən 290 hektar), əhalisi 17.000 nəfər olacaq. Şəhər mərkəzi orta mərtəbəli çoxmənzilli və inzibati binalardan ibarət olacaq. Ətrafda fərdi yaşayış binaları tikiləcək.
4 məktəbin (960 şagird yerlik), 4 uşaq bağçasının (520 yerlik), 2 xəstəxananın (160 çarpayılıq), 1 Reabilitasiya Mərkəzinin (150 çarpayılıq), "İşğal" və "Zəfər" muzeylərinin, mehmanxanaların, müxtəlif iaşə obyektlərinin və idman meydançalarının tikilməsi planlaşdırılır.
Baş Plana əsaəsn, şəhərin ərazisinin 22%-i və ya 60 hektarı yaşıl sahələrdir. Şəhərin yol infrastrukturu da müasir standartlarla inşa ediləcək. 27 km avtomobil və 22 km velosiped yolları tikiləcək.