Ümumi
|
54 baxış sayı
![Artıq şəxsi avtomobilinizlə Laçına gedə bilərsiniz Artıq şəxsi avtomobilinizlə Laçına gedə bilərsiniz](/uploads/81a804ff2fda3770d387041ace11f084.jpeg.webp)
Artıq şəxsi avtomobilinizlə Laçına gedə bilərsiniz
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə məlumatında bildirilir.
Məlumatda deyilir ki, “Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir.
27 aprel 2024-cü il tarixindən etibarən vətəndaşlar fərdi minik avtomobilləri ilə Şuşa şəhərinə və Suqovuşan qəsəbəsinə səfərlə bərabər, artıq Laçın şəhərinə də səfər edə biləcəklər. Vətəndaşlar səfər üçün icazəni 26 aprel tarixindən başlayaraq “Yolumuz Qarabağa” portalı (www.yolumuzqarabaga.az) üzərindən əldə edə bilərlər. Rəsmiləşdirilən icazələrin etibarlılıq müddəti 2 gün nəzərdə tutulub. Laçın şəhərinə səfər Füzuli rayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla “Zəfər Yolu” və Horadiz qəsəbəsindən keçməklə Cəbrayıl – Zəngilan – Qubadlı – Laçın marşrutu ilə mümkün olacaq.